“Yaxın gələcəkdə sosial vəziyyətin ağırlaşması ehtimalı var” – PROQNOZ!

34

Ölkəmizdə pandemiyaya qarşı mübarizə bütün sərtliyi ilə davam edir.

Bəs karantin rejiminin fasilələrlə davam etməsi, koronavirusa qarşı mübarizənin daha bir neçə ay uzanması sosial baxımdan hanssıa problemlərə səbəb ola  bilərmi?

umidpart.org bildirir ki, Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bu ehtimalın gözlənilən olduğunu bildirdi:

“Proseslərin bu şəkildə davam etməsi ciddi sosial problemlərə səbəb ola bilər. Hakimiyyət bu barədə ciddi düşünməlidir. Işsizlikdirsə, insanlar karantin rejimində yaşayırsa, ictimai iaşə müəssisələri çalışmırsa, toylar yoxdursa, istehsalat müəssisələrində belə ənənəvi iş qrafiki pozulubsa, təbii ki, problemlər yaranacaq, sosial vəziyyət ağırlaşacaq.

Kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq. Gediş-gəlişin qiyməti yüksələcək. Yaxın gələcəkdə bunlar baş verə bilər. Operativ Qəreargah da, hakimiyyət də bu ehtimalları nəzərə almalı, lazımi addımlar atmalıdır”.

moderator.az

Şərh yaz