İQBAL AĞAZADƏ

 

18 sentyabr 1968-ci ildə anadan olub.

1975 – 1985-ci illərdə Bakı şəhəri, S.C.Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb.

1986 – 1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.

1989 – 1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.

2000 – 2015-ci illərdə II, III, IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib. 

2020-ci il 9 fevral növbədənkənar parlament seçkiləri zamanı 35 saylı Xətai III Seçki Dairəsində seçki məntəqələrində baş verən kobud pozuntular zamanı qeydə alınan saxta seçki nəticələrini ləğv etdirib.

2002-ci ildən Ümid Partiyasının sədridir.

Müxtəlif ölkələrdə Azərbaycanı təmsil edərək, dövlətimizin, millətimizin haqq səsini dünyaya çatdırıb.

Bir neçə xarici dil bilir.

Ailəlidir, iki övladı var.