Ümid Partiyası 700-dən çox imkansız ailəyə yardım edib

94

Koronavirus pandemiyası zamanı karantin elan olunandan sonra son vaxtlar ölkədə insanların sosial durumu biraz da ağırlaşdı, imkansız ailələr biraz da çətin duruma düşdü, günəmuzd işləyənlər və işsiz olanlar daha çətin günlər yaşamağa məhkum oldu.

Hökümət insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən qərarlar qəbul etdiyini bəyan etdi, amma çox təssüf ki, bu qərarlar hər kəsə şamil olunmadı, kifayət qədər boşluqlar yarandı.

Ümid Partiyası həmişəki kimi xalqın yanında dayanmaq, əlindən gələn köməyi etmək üçün yardımlaşma kampaniyasına başladı, hökümətə bütün sahələr üzrə təkliflər paketi təqdim etdi.

Yardımlaşma kampaniyası çərçivəsində bu günə qədər 700-dən çox ailəyə yardım aparılıb. Bütün bu işlər isə birbaşa Ümid Partiyasının sədri İqbal Ağzadənin  təşəbbüsü, rəhbərliyi ilə həyata keçirilir.

Hələ də partiyanın rəsmi səhifəsinə, sədrin öz şəxsi hesabına yazan, zəng edən yüzlərlə vətəndaş acınacaqlı hallarından şikayətlənir, onlara da yardım olunmasını rica edirlər.

Ümid Partiyası olaraq, imkanı olan hər kəsi yardımlaşma kampaniyasına qoşulmağa çağırırıq!

 

Şərh yaz