Ümid Partiyası Göyçay Rayon Şöbəsinin Konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı

4 aprel 2021-ci il Ümid Partiyası Göyçay Rayon Şöbəsinin növbəti Konfransa hazırlıq üzrə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldı.

Təşkilat Komitəsinin sədri İlqar Məhərrəmli partiyanın sonuncu qurultayında şəhər və rayon şöbələrinin qarşısında yeni vəzifələrin qoyulduğunu bildirərək, Göyçay rayon şöbəsinin öz işini bu istiqamətdə qurmasının əhəmiyyətindən danışdı. Daha sonra Təşkilat Komitəsinin üzvü İlqar Yusifov növbəti konfransın qısa bir zamanda keçirilməsini və rayon şöbəsinin seçkili orqanlarının yenidən formalaşmasının vacibliyindən danışdı. O, bildirdi ki, Göyçay Rayon Şöbəsi hər zaman partiyanın ən aktiv rayon şöbələrindən biri olub və bu cür də davam etməsi üçün təşkilatlanma işlərimizi sürətləndirməliyik.
Ümid Partiyasının Göyçay Rayon Şöbəsinin növbəti Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında partiya funksionerləri Taleh Əliyev və Rüfət Muradlı iştirak edib.

Şərh yaz