Ümid Partiyası gələcəyin siyasi birliyi olaraq, uğurun astanasındadır – FƏQANİ HÜSEYNOV

Ümid Partiyası Ali Məclisin üzvü, Gədəbəy Rayon Şöbəsinin sədri Fəqani Hüseynov umidparty.org saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

Fəqani bəy, ölkənin ən ucqar bölgələrindən biri olan Gədəbəydə vəziyyət necədir?

Doğru deyirsiniz, yaşadığımız rayon ölkənin ən ucqar rayonlarındandır. Bu cür ucqar rayonlar hətta sovetlər dönəmində də sosial – iqtisadi durumuna görə digər rayonlardan fərqlənirdi. İş yerləri o qədər də çox olmur. Bu da insanların yaşamına, dolanışığına ciddi təsir göstərir. Real vəziyyət heç də ürəkaçan deyil.

Yəqin ki, son iki ildəki pandemiya bu amili mənfi istiqamətdə daha da çətinləşdirib.

Pandemiyanın elan edilməsindən bir ildən artıq vaxt keçir. Demək olar ki, pandemiyanın şərtlərinə uyğun olaraq, insanların hərəkətinin məhdudlaşdırılması, bəzi iş yerlərinin dayandırılması və ya fəaliyyətini minimuma endirilməsi, xəstəliklə mübarizə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. İnsanlar bu xəstəliklə bağlı informasiyalara malik olsalar da, özünüqoruma instikti çox zəifdir. Gədəbəy rayonunda da koronavirus xəstələrinin ölüm halları var. Bu da insanları narahat edir və psixoloji durumlarına çox ciddi təsir göstərir.

Mövcud pandemiya dönəmində sosial vəziyyəti çətin olan vətəndaşın tələbi nədir?

Öncəliklə insanlar yaşam şəraitinin düzəldilməsini istəyir. İşsizlik kifayət qədər çoxluq təşkil edir. Bu, çox ciddi problemdir. Rayon rəhbərliyinin ən birinci vəzifəsi də bu problemi həll etmək istiqamətində olmalıdır. Yerlərdə bələdiyyələr, icra nümayəndələri fasiləsiz fəallıq göstərməlidirlər. Demək olar ki, müasir insan heç zaman şahid olmadığı, yalnız tarixdən oxuduğu vəziyyətlə üzləşib. Tarixi məqam olduğu üçün fəaliyyət də ona uyğun olmalıdır.

Fəqani bəy, partiya təşkilatçılığı ilə bağlı hansı yeniliklər var?Davamlı fəaliyyət göstəririk. Pandemiya bəzi çətinliklər yaratsa da şərtlərə uyğun olaraq işmizi

Gədəbəy rayon şöbəsi olaraq, fəaliyyətimizi davam etdiririk. Çalışırıq ki, üzvlərimizlə əlaqələri kəsməyək və sıralarımıza yeni üzvlər qəbul edək. Partiya sədrimiz İqbal Ağazadənin və funksionerlərin mediadakı çıxışları, istər daxili problemlərə, istərsə də xarici siyasətə adekvat münasibətləri bizə daha da stimul verir və ümidləndirir. Çalışırıq ki, biz də fəaliyyətimizi buna uyğunlaşdıraq. Görünən o ki, Ümid Partiyası gələcəyin siyasi birliyi olaraq, uğurun astanasındadır.

QEYD: Fəqani Faiq oğlu Hüseynov ( 23.11.1962)
Gədəbəy şəhərində doğulub.
Uzun müddət polis orqanlarında işləyib. Qarabağ müharibəsi veterandır. Xidmətlərinə görə müxtəlif medallarla təltif olunub.

Şərh yaz