Tamilla Qulami: “Kürsüləri də özləri kimi çirklidir”

Bu gündən umidparty.org “Siyasi statuslar” layihəsini təqdim edir. Rubrikada siyasi funksionerlərin və siyasi gündəmə münasibət bildirən sosial şəbəkə istifadəçilərinin statusları yer alacaq. İlk olaraq Ümid Partiyasının sədr müavini Tamilla Qulaminin facebook-da paylaşdığı statusla başlayırıq:

“Həyatın sirri insanların bir-birləri ilə uyumlarında gizlidir. Təvafüq yəni… Hər qarşılaşmanın, hər birliyin ilahi bir iradə ilə gerçəkləşdiyini söylər təvafüq. Təsadüf yox bu həyatda mənə görə. Hər hansısa bir yüksəkliyə, vəzifəyə layiq olan biri o vəzifəyə gec qalırsa, səbəbi vardır mütləq. Obyektiv və subyektiv, bu ayrı…

Burada isə bir az fərqli yanaşacağam… 

Bu gün o kürsülərdə əyləşən məmurlar o kürsünü haqq edir. Çünki o kürsülər də özləri kimi çirklidi, üfunət qoxur sahiblərinin içlərindəki nifaqdan, qəzəbdən, sevgisizlikdən… Bir gün o kürsülər təmizlənəcək o məmur tayfasından. Təvafüq olacaq yeni sahibləri ilə. Təmizlənəcək o yerlər. Kürsülər yeni sahibləri ilə bir-birlərinə dənk gələcək, xoş bir uyum içində tərtəmizcəsinə xidmət edəcəklər bu məmləkət insanına, bu məmləkətə… İki insanın bir-birinə təvafüqü kimi… Bir-birinə uyum sağlayan iki insan nələr, nələr verə bilər özlərinə… Əvvəl özlərinə, sonra da ətrafa… Öncə özümüzü mutlu edərsək, o mutluluk ətir kimi saçar ətrafa… Özümüzü sevsək, dəyər versək, başlayacaq gözəlliklər… Amma təbii, içdən… Ruhumuzu təmizləyərkən nə dünyalar təmizləriz…

Şərh yaz