TALEH ƏLİYEV: HAKİMİYYƏTƏ GEDƏN YOL YALNIZ SEÇKİLƏRDƏN KEÇMƏLİDİR

3

“Hazırki situasiyada ümidli olmağımızın səbəbi ondan ibarətdir ki, ilk dəfədir Azərbaycanın ictimai-siyasi kəsimi seçki prosesinə yaxından qatılır. Bu on illərdir Ümid Partiyasının “hakimiyyətə gedən yol yalnız seçkilərdən keçməlidir” tezisini təbliğ etməyinin nəticəsidir. 

Hələ də davam edən bələdiyyə seçkiləri ilə bağlı bir mənzərəni nəzərinizə çatdırmaq istəyirəm ki, bu seçki prosesinə Ümid Partiyası xaricində aparıcı müxalifət təşkilatlarının heç biri partiya olaraq qatılmadı. Fərdi qaydada bir neçə təşkilat, o cümlədə Real üzvləri qatılmışdı. Bizim isə bütün seçkilərdə iştirakımız növbəti seçkiyə qatılmağımızın alt yapısıdır” – bu və digər fikirləri politoloq, Azərbaycan Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev APA.TV-də qatıldığı debatda bildirib. 

“APAralel” verilişində İlqar Əlfioğlunun qonağı olan Ümid Partiyasının İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev və ReAl Partiyasının icra katibi Natiq Cəfərli mövzu ətrafında danışıblar.

Verilişin tamamını diqqətinizə çatdırırıq:

Şərh yaz