Qanlı yanvarın əksi sosial şəbəkədə

“Siyasi statuslar” rubrikasında sosial şəbəkələrdə 20 YANVAR anım gününə həsr edilən statusları umidparty.org oxucularına təqdim edirik:

İqbal Ağazadə (Ümid Partiyasının sədri):

20 yanvar milli iradəmizin zəfər çaldığı gündür. 

Rəfail Tağızadə (Ümid Partiyası Ali Məclisinin sədri):

Şəhidlər хiyаbаnı…

Qаrа mərmər bаşdаşlаrı,

göyərdəcək tоrpаğını göz yаşlаrı.

Аğlаmаzmı səni görən,

hönkürməzmi dərdin bilən,

nə söyləyər bunu edən

cаvаbındа аnаlаrа,

tоrpаqlаşmış аtаlаrın

bаşdаşını аtа sаnаn

оğullаrа.

Hаrа bахdım hönkürtülər,

gilə-gilə göz yаşlаrı.

Bаşdаşını qucаqlаyıb

qurumuş bаrmаqlаrıylа

оğul sаçı dаrаyаn

аnаlаr gördüm,

dərdin içindən sоvrulmuş.

Аydаn аrı, sudаn duru

sоnаlаr gördüm

dərdin içindən sоvrulmuş.

Şəhidlər хiyаbаnı…

Nələr gördüm,

nələr, nələr-

neçə-neçə, cаvаn-cаvаn

аtа gördüm,

оğul səsi eşitməmiş,

аrzulаrа yetişməmiş.

Аtа gördüm ümidlərdə

inаmlаrdа yаşаyаsı,

аtаyа оğlun tаnıdаn

gəlin аnа-

əlində хınа yаrаsı.

Illər ötüb keçsə də,

için-için аğlаyаcаq:

аtа qucаqı, аtа sığаlı görməyən,

ürəkdən dоyuncа gülməyən,

bir gün zülmət gecəsi

işıqlı səhərə çevriləcək uşаq.

Düşmənə nifrəti, kini,

zəfərə çevriləcək uşаq.

Qəlbimizdə şəhidlər хiyаbаnı

dаlğаlаnаn bаyrаğımızdа şəhid qаnı.

09.08.2000

 

Rüfət Muradlı (Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini):

Biz 31 il öncə yalın əllə düşmən tankının qarşısına çıxmaq cəsarətinə sahib , zülmə, haqsızlığa, xain düşmənə boyun əyməyən millətik. 44 günlük Vətən savaşında da həmin gerçəyi ortaya qoyduq. İnanıram ki, o iradəni bir daha sərgiləyib Xankəndini erməni-rus işğalından, Vətənimizin güneyini rasist, Quzeyini isə korrupsioner rejimdən xilas edəcəyik!

Tamilla Qulami (Ümid Partiyası sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini) :

Bu məşəlin istisinə uyuyanlar AZADLIQ donunu geyinmək üçün üşümüşdü o gecə…

20 YANVAR ŞƏHİDLƏRİNİ şərəflə anırıq!

Günel İbadova (Ümid Partiyası Ali Məclisinin sədr müavini):

İllərdir 20 yanvar faciə deyil, qələbəmiz, şanlı tariximizdir, dedim. Əvvəl anlamadılar, qınadılar. Xiyabanda mərsiyə müşayiətində başı aşağı, sınmış, yaslı adamlar görmək deyil, millətimin əsgər marşı sədaları altında qürurla addımlamağını istəyirəm, dedim susdular, düşündülər… Anladılar! Anladılar ki, daim uduzan xalqın yeganə qələbəsini faciyəyə çevirmək olmaz!  Biz – tankın üstünə əli yalın çıxan kişilərin mirasıyıq. 
Artıq 20 yanvarın tariximizin çarəsizlik yox, qəhrəmanlıq səlnaməsi olduğunu qəbul edənlərin sayı artır. Müstəqilliyimiz, torpağımız qismən də olsa qayıdıb. Rus imperiyasının Qafqazdan və dünyadan caynaq çıxaracağı günləri ümidilə arzu edirəm, buna bütün qəlbimlə inanıram. İnanıram ki, o gecə tank önünə canı ilə çıxan igid ataların, anaların, günahsız körpələrin savaşı gələcək zəfərlərimizin də qədəmləri kimi qürur yerimiz olacaq!

 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009