Ümid Partiyasının sədri İqbal Ağazadə 3 fevral 2022-ci il Ləman Ələşrəfqızının təqdimatında LAF TV-də canlı efir qonağı olub.
Verilişdə Suqovuşanda Azərbaycan maşınlarını yoxlayanların içərisində sülhməramlılarla bərabər ermənilərin də olmasına diqqət çəkilib, Azərbaycan hakimiyyətinin Rusiya qarşısında bu məsələdə belə tələb qoya bilməməsi sərt tənqid edilib. 2020-ci il 9 noyabrdan 10 noyabra keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanılan sazişə əsasən Ümid Partiyasının məhz həmin gün iqtidara təqdim etdiyi təkliflər paketi bir daha müzakirə olunub.
Partiya sədri Qarabağa məskunlaşmanın, işğaldan azad olunan ərazilərdə minalardan təmizlənmənin ləngidilməsinə sərt reaksiya bildirib.
Verilişin gedişatında Türkiyə-Azərbaycan münasibətləri, “Şuşa Bəyannaməsi”nin ratifikası olunması və digər məsələlərə toxunulub.
Sözügedən efiri izləyicilərə təqdim edirik: