Mən Bütöv Azərbaycan sevdalısıyam – İQBAL AĞAZADƏ

2019-ci ilin noyabr ayının 28-i Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasında cəmiyyətdə birmənalı qarşılanmayan qərar qəbul edildi. Parlamentdə səs çoxluğu olan partiya rəhbərliyi Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması qərarını açıqladı. Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırıldı.

Beləliklə, ölkədə Növbədənkənar Parlament Seçkiləri 2020-ci ilin 9 fevral tarixinə təyin olundu.

Ümid Partiyasının sədri İqbal Ağazadə dəfələrlə seçkilərin demokratiya yolunun seçki mədəniyyətindən keçdiyini vurğulayıb. Ümid Partiyası hər zaman olduğu kimi bu seçkilərdə də iştirak üçün hazırlığa başladı. Növbədənkənar Parlamentə seçkilərdə iştirak üçün 70 nəfərdən çox partiya funksioneri sənədlərini Dairə Seçki Komissiyalarına təqdim etsə də, onların 21-i qeydə alındı.

9 fevral 2020-ci il Növbədənkənar Parlament Seçkilərində namizəd kimi iştirak üçün Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin namizədliyi 26 dekabr 2020-ci ildə 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən qeydə alındı.

Bir ili tamam olan parlament seçkilərində Ümid Partiyası funksionerlərinin namizəd olduğu dairələrdə vətəndaşlarla apardığı maarifləndirici, demokratik şüur formalaşdıran çıxışlarını cəmiyyət üçün faydalı və zəruri olduğunu hesab etdiyi üçün  umidparty.org namizədlərlə seçicilərin  görüşlərini oxucularına təqdim edir.

Ümid Partiyasının sədri Qarabağ qazisi, sabiq millət vəkili İqbal Ağazadənin 35 saylı Xətai Üçüncü seçki dairəsindəki silsilə görüşlərini təqdim edirik:

Dəyərli seçicilərim, mən təkcə Xətai Rayonunu deyil, Qarabağı , Qərbi Azərbaycanı, Güney Azərbaycanı, Dərbəndi, Borçalını da fikirləşirəm. Mən Bütöv Azərbaycan sevdalısıyam və bu sevdayla yola çıxmışam.

İQBAL AĞAZADƏ 

 

 

Şərh yaz