İqbal Ağazadə güney azərbaycanlılara çağırış etdi: “O silah-sursat balalarımıza tuşlanacaq. Dayandırın!”

“Ey Güneyli qardaşlarımız! Hər biriniz o yanacaq,  yardım maşınlarının İrandan Ermənistana və yaxud da işğal olunmuş Azərbaycan torpaqlarına keçməsini durdurun. O silah-sursat hamısı bizim balalara tuşlanacaq güllələr üçündür.”

Umidparty.org xəbər verir ki, bu çağırışı Ümid Partiyasının sədri İqbal Ağazadə Xural TV-nin “Siyasət Meydanı” verilişində edib. Partiya sədri deyib ki, biz Təbrizi Bakıdan, Bakını Ankaradan ayırmırıq və  Ərdəbil, Həmədan, Xoy, Urmiya, Zəncan da başımızın tacıdır. 

Partiya sədri savaş başlananda da ən böyük dəstəyi və köməyi Güneydən gözlədiyini, Qarabağa qalib olmağımızın yarısının güney azərbaycanlıların orada hərəkətindən və yanaşmasından asılı olacaq, deyib.

Müraciətin sonunda İqbal Ağazadə bildirib:  Bəlkə əlinizə silah alıb döyüş üçün gələ bilməyəcəksiniz, bəlkə səngərdə bizimlə bir sırada dayana bilməyəcəksiniz, hərçənd bu da mümkündür, amma erməniləri orada blokadaya almaq və bizim haqq işimizdə – torpaqlarımızın bütövləşməsində, aramıza süni dövlət girməsin deyə ən böyük işi siz görməli olacaqsınız”.

Partiya sədrinin video müraciətini oxuculara təqdim edirik:

 

Şərh yaz