Bu ölkədə körpələr belə dünyaya borcla gəlir – TAMİLLA QULAMİ

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr  müavini Tamilla Qulami 1 aprel 2022-ci ildə Rusif Məmmədoyun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.

Verilişdə müzakirələr “Rusiyanın təhdidləri artır. Azərbaycan nə etməlidir?” sualı ətrafında baş tutub.

Tamilla Qulami Rusiya rəsmilərinin son dövrlərdə Azərbaycan barədə səsləndirdiyi fikirlərdən, təhdidlərdən danışıb və bunun Kremldən xəbərsiz ola bilməyəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu cür təhdidlərin cavabı mütləq verilməlidir.

Ümid sədrinin müavini həmçinin Rusiya-Ukrayna müharibəsindən, Putinin işğal siyasətindən, Ukraynada həyata keçirilən qanlı savaş və vəhşiliklərdən də danışıb və müharibənin güdişatı barədə proqnozlarını bölüşüb. O, Rusiyanın bölgədə, həmçinin dünya dövlətlərinə qarşı təhlükə yaratmasından danışıb və Azərbaycanın Rusiya ilə münasibətdə ehtiyatlı davranmalı olduğunu vurğulayıb.

Qarabağ bölgəsindəki hərəkətlənmədən və hərbi əməliyyat gözləntilərindən danışan Tamilla Qulami, bunun Azərbaycan üçün daha ciddi təhlükələr yarada biləcəyinə diqqət çəkib. O, Qərb dövlətlərinin Qarabağ məsələsində ikili standartından da narahatlığını bildirib.

Qarabağda işğaldan azad olunan ərazilərimizin minalardan təmizənməsi və əhalinin köçürülməsi sahəsindəki problem və ləngimələrdən danışan Ümid rəsmisi, hökumətin bu istiqamətdə gördüyü işlərin yetərli olmadığını bildirib, bacarıqsızlığını tənqid edib və bununla bağlı Ümid Partiyasının təkliflərini bir daha diqqətə çatdırıb.

Tamilla Qulami ölkədəki çoxsaylı problemlərdən və onların həlli yollarından da verilişdə danışıb və partiyanın təkliflərini də dilə gətirib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz