Bu gün Qubadlının işğal günüdür

11
Ümid Partiyasının sədri İqbal Ağazadə Qubadlının işğal günü ilə bağlı sosial şəbəkə hesabında status paylaşıb:
Bu gün – 31 avqust tarixi Azərbaycanımız üçün qara hərflərlə tarixə yazılan daha ağır bir gündür. 27 il öncə təbii sərvətləri, zəngin təbiətilə Qubadlı işğal olundu mənfur düşmənlər tərəfindən…
Bu acı işğalla yanaşı ağır vətəndaş itkilərimiz oldu – ŞƏHİDLƏR verdik. Allahdan şəhidlərimizə rəhmət diləyir, Vətən yaşasın, Vətən sağ olsun deyirəm.
İnanıram ki, biz bir gün mütləq Şuşada, Kəlbəcərdə, Laçında bayrağımızı dalğalandıracağıq.
İnanıram ki, bir gün Göyçə gölünün dumduru sularına tamaşa edəcəyik.
İnanıram ki, bir gün Cənubi Qafqazın gerçək lideri olacağıq – ədalətli, demokratik, güclü və güvənli vətənimiz olacaq… Niyə də olmasın?! Cəmiyyətimizin ən ümdə arzusu bu deyilmi? Arzulayırıqsa, edəcəyik – ümidlə o günü gözləyir, Ümidlə o günə gedirik…
Mütləq olacaq! Söz!
Şərh yaz