17 iyun Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.
Həkimlərimiz 44 günlük müharibə zamanı işğal altında olan torpaqlarımızı azad edən zaman əsgərlərimizi yalnız buraxmadılar. Tibb işçiləri döyüşçülərimizlə birlikdə səngərlərdə idi. Yaralı əsgərlərimizin xilası üçün canlarından keçənlər belə oldu.
Son üç il dünya ilə yanaşı ölkəmiz üçün də ağır il oldu. Azərbaycan səhiyyəsində olan qüsurlara baxmayaraq, tibb personalı bu ağır illəri ən çox əziyyət çəkən kəsim oldu. Onlar öz sağlamlıqlarını riskə ataraq, insanların sağlamlığının qeydinə qaldılar.
Əziz tibb işçilərimiz, ölkəmizin insanları sizlərə əmanətdir. Əməyinizin, əziyyətinizin bəhrəsini bir gün mütləq görəcək, ölkəmizin səhiyyəsindəki problemləri sizlərlə birlikdə həll edəcəyik.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti sizləri təbrik edir, uzun ömür, can sağlığı, şəxsi həyatınızda və peşə fəaliyyətinizdə uğurlar arzulayır.
Peşə Bayramınız Mübarək!