Ümid Partiyası cəbhəyə yardım yolladı

Ümid Partiyası pandemiya dövründə olduğu kimi Vətən müharibəsi başlayandan cəbhəyə-əsgərə yardım kampaniyasına start verib. Xatırladaq ki, bir müddət əvvəl Partiya sədri İqbal Ağazadənin rəhbərliyi ilə cəbhəyə ümumilikdə 53 min manatlıq zəruri istehlak malları aparılıb.

Noyabrın 3-ü Ümid Partiyası sədrinin müavini Xanlar Abbasov və təşkilat şöbəsinin müdiri, I Qarabağ müharibəsi qazisi Elşən Quliyev yeddi min manatlıq vacib isti geyimlərdən ibarət yardım paketini əsgərlərimizə çatdırıblar.

Onu da qeyd edək ki, növbəti yardım kampaniyasına partiyanın təəssübkeşlərindən, Rusiyanın Samara şəhərində yaşayan Cavid Əliyev, Rəşid Qurbanov və Millət Ağayevin, o cümlədən Türkiyədə yaşayan həmyerlimiz doktor İlham Qafarovun da dəstəkləri olub.

 

Şərh yaz