Ümid Partiyasının rayon görüşləri davam edir – növbəti görüş Oğuzda baş tutub – FOTOLAR

Ümid Partiyasının Rəyasət Heyətinin üzvləri partiyanın rayon təşkilatlarında növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitələrinin yaradılması istiqamətində bölgələrə səfərlərini davam etdirir.  Bu istiqamətdə partiya rəhbərliyi iyulun 18-də Oğuz rayonunda olub.
Toplantıda Rəyasət Heyətindən Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın Ali Məclis sədri Rəfail Tağızadə, partiyanın Gənclər şöbəsinin müdiri Şükür Cavadov iştirak ediblər. Onlar partiyanın Oğuz rayon təşkilatının rəhbərliyi və fəallarla görüşüblər.
Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması istiqamətində təyin olunan tədbirdə Taleh Əliyev ölkədə, dünyada və Cənubi Qafqazda baş verən olayları təhlil edib, bu olayların fonunda Azərbaycanın hazırlıqlı olmasının vacibliyini xüsusi vurğulayıb.
Ali Məclis sədri Rəfail Tağızadə partiyanın təqdim etdiyi Konstitusiya islahatları, təkliflər, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər barədə danışıb.
Oğuz rayonu fəalları Azərbaycanda demokratik vərdişlərin formalaşdırılması istiqamətində partiyanın aidiyyatı qurumlara zaman-zaman təqdim etdiyi təkliflər paketini, sədrin, funksionerlərin canlı efirlər vasitəsilə xalqı maarifləndirməsi verilişlərini təqdir ediblər.
Partiyanın Gənclər şöbəsinin rəhbəri Şükür Cavad qeyd edib ki, gənclər və xanımlar siyasi meydanda aktiv iştirakçı olmalı, ölkənin demokratikləşməsi, rifahı üçün birlik olub, təşkilatlanmalı, aktivlik göstərməlidirlər. O deyib ki, bunun üçün partiya sədri və funksionerlər yol xəritəsini həm efirlər, həm də sosial şəbəkələrdən çıxışlar vasitəsilə izləyicilərin diqqətinə çatdırır, biz də bu çıxışlardan yararlanmalı, cəmiyyətin maariflənməsi üçün təbliğatı üst səviyyəyə çatdırmalıyıq.
Yeni özəklərin yaradılması, rayon rəhbərliyinin yenidən formalaşdırılması, bütün seçkili orqanların, xüsusən nəzarət-təftiş qrupunun, məclis üzvlərinin və sədr aparatının tam tərkibdə formalaşdırılması ilə bağlı tövsiyələr verilib, bu istiqamətdə atılmalı olan addımlar müzakirə olunub, görüləcək işlər müzakirə edilib və təkliflər verilib. Həmçinin konfransa hazırlıq üzrə beş nəfərdən ibarət Təşkilat Komitəsi də yaradılıb.
Ümid Partiyasının Təbliğat və İnformasiya Müavinliyi
Şərh yaz