Ümid Partiyasının rayon görüşləri davam edir – Neftçalada konfransa hazırlıq iclası keçirilib

Ümid Partiyasının rayon görüşləri davam edir – Neftçalada konfransa hazırlıq iclası keçirilib
Ümid Partiyasının Rəyasət heyəti üzvlərinin növbəti səfəri Neftçala rayonuna olub. Belə ki, Neftçalada konfransa hazırlıq üzrə toplantı keçirilib. Rəyasət Heyətindən iclasda partiya sədrinin birinci müavini Ənvər Ağazadə, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Elşən Quliyev iştirak ediblər. Onlar partiyanın Neftçala rayon təşkilatının rəhbərliyi və fəallarla görüşüblər.
Baş tutan toplantıda Neftçala rayon təşkilatının növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb, komitənin sədri Əli Əliyev seçilib.
Növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması tədbirində partiyanın qarşısında dayanan vəzifələr, partiyanın təşkilatlanma işinin genişləndirilməsi, partiyanın Konstitusiyaya və Seçki Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər haqqında danışılıb və ölkədəki ictimai-siyasi vəziyyət barədə yerli şöbə fəallarına məlumat verilib, onların təklifləri dinlənilib, görüşdə çıxış edən yerli şöbə fəalları rayondakı sosial-iqtisadi vəziyyətdən, Neftçalada son illər yaranmış su problemindən, rayon sakinlərinin işsizlikdən əziyyət çəkmələrindən, ərzaq bahalığından şikayətləniblər, sözügedən problemlər və bu problemlərin həlli istiqamətində partiyanın təklifləri geniş müzakirə edilib.
Gedişatda yerli şöbə fəallarına partiya sıralarının genişləndirilməsi, təbliğatın sürətləndirilməsi, yeni üzvlərin cəlb olunması, növbəti konfransadək yeni özəklərin yaradılması tövsiyə olunub.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz