Ümid Partiyasının Rəyasət Heyəti toplandı

55

 

Bu gün Azərbaycan Ümid Partiyasının Rəyasət Heyəti növbəti iclasını keçirdi.

İclasda regionda və ölkədə baş verən ictimai-siyasi vəziyyət dəyərləndirildi, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı.

Partiyanın fəaliyyətinin gücləndirilməsi və bütövlükdə təşkilatlanma işi istiqamətində mümkün variantlar müzakirə olundu. Qərara alındı ki, pandemiya qaydalarına əməl etməklə partiyanın təşkilatlanma işi gücləndirilsin.

İclasda həmçinin Tofiq Yaqublunun 4 il 3 ay müddətinə həbs olunması məsələsinə toxunuldu, məhkəmənin bu qərarı qətiyyətlə pisləndi. Bildirildi ki, Tofiq Yaqubluya qarşı məhkəmə-hüquq sistemi bir daha ədalətsizlik və haqsızlıq nümayiş etdirdi: “Bu cür utancverici proseslərin keçirilməsi bir daha göstərdi ki, iqtidar hüququn aliliyindən çox uzaqdır. Tofiq Yaqublu və digər siyasi məhbuslara azadlıq tələb edirik”.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz