Ümid ailəsi şəhidini son mənzilə yola saldı

İkinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən ağır döyüşlərdə yaralanmış Azərbaycan Ümid Partiyasının gənc fəalı Elvin Səxavətli bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Elvin Səxavətli İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq, döyüşə yollanıb. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanan Elvin həkimlərin ciddi səyinə baxmayaraq, bu gün haqqın rəhmətinə qovuşub.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Elvin Səxavətlinin ölümündən kədərləndiyini bildirir, yaxınlarına, doğmalarına, xalqımıza başsağlığı verir.

Şəhid Elvin Səxavətli Şamaxı Şəhidlər Xiyabanında dəfn olunacaq.

Tanrı bütün şəhidlərimizə rəhmət etsin!

Onlar öz qanları ilə Azərbaycan tarixinə zəfər yazdılar. Biz onları heç zaman unutmayacağıq!

Başın sağ olsun, Vətən!

 

Şərh yaz