Ümid Partiyasının Bəxtiyar Hacıyevlə bağlı bəyanatı

Tanınmış ictimai-siyasi fəal Bəxtiyar Hacıyev 21 aprel 2022-ci il tarixində naməlum şəxslər tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalıb.

Bəxtiyar Hacıyevə qarşı törədilən bu qanunsuz əməli qətiyyətlə pisləyir, bu olayın aidiyyatı qurumlar tərəfindən obyektiv araşdırılmasını, cinayətkarların dərhal həbs olunmasını Azərbaycan Ümid Partiyası adından tələb edirik.

Ümid Partiyası olaraq, bu qanunsuz əməlləri sifariş edənləri və icraçıları ən qısa zamanda qanun qarşısında görmək üçün hər kəsi bütün imkanları səfərbər etməyə səsləyirik.

 

Şərh yaz