Ümid Partiyası xalqa başsağlığı verdi – ŞƏHİD VAR

Azərbaycan Ümid Partiyası kiçik çavuş Məmmədov Elşən Əli oğlunun şəhid olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Sentyabrın 21-i gecə saatlarında Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz istiqamətində düşmən təxribat törədib. Nəticədə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə xalqımıza, şəhidimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz