Ümid Partiyası televiziya və radio işçilərini təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti 6 noyabr radio və televiziya işçilərini peşə bayramı günü münasibətilə təbrik edib.

Azərbaycan Televiziyası və Radiosu Azərbaycan xalqının milli dəyərlərinin, dilinin, mədəniyyətinin qorunub saxlanmasında xüsusi xidmətlər göstərib.

Ümid Partiyası olaraq, bu sahədə çalışan hər kəsi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır və ən əsası işğal altında olan torpaqlarımızın – Qarabağımızın zəfər xəbərini vermələrini diləyirik!

​Xatırladaq ki, bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz