Ümid Partiyası son zamanlar dünyada və region dövlətlərində
koronovirusun kütləvi yayılması ilə bağlı mövcud durumu nəzərə alaraq Təhsil Nazirliyinə müraciət ünvanlayıb.
Müraciətdə koronovirusun yayılma riskini nəzərə alaraq məktəblərin müvəqqəti olaraq mart ayı müddətində bağlanmasını təklif edib. Mart ayında bayram və tətil günlərini çıxdıqdan sonra iki həftəlik dərs günü qalır. Məktəblərin aprel ayının birinə kimi bağlanması, məktəblilərin tətilə buraxılması onların bu xəstəliyə yoluxmasının qarşısını ala bilər. Ümid Partiyası nazirikdən bu təklifi nəzərə almağı xahiş edib.
02.03.2020
Şərh yaz