Ümid Partiyası şöbə sədrini təbrik etdi

Bu gün Ümid Partiyası Ali Məclisinin üzvü, Şəmkir Rayon Şöbəsinin sədri Məhəmməd Tağıyevin doğum günüdür.
Məhəmməd Tağıyev 2006-cı ildən etibarən Ümid Partiyasının tərkibində Azərbaycanın ərazi bütövlüyü, demokratikləşməsi, hüquqi cəmiyyətin qurulması üçün mübarizə aparır. Hər zaman ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, partiyanın keçirdiyi tədbirlərdə, seçki proseslərində aktivliyi ilə seçilib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Məhəmməd bəyi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz