Ümid Partiyası Seçki Məcəlləsini müzakirə edib – FOTOLAR

Ümid Partiyası bir müddətdir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsini müzakirə edir. Mayın 24-də partiyanın Rəyasət Heyəti bu istiqamətdə növbəti geniş müzakirəsini keçirib.

Seçki Məcəlləsi bölmələr, fəsillər üzrə detallı təhlil edilib, məcəlləyə çox sayda əlavə və dəyişikliklər təklif edilib. Sözügedən əlavə və dəyişikliklər sistemləşdirilərək tezliklə ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı təkliflər paketi hakimiyyətə də təqdim ediləcək.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

 

Şərh yaz