Ümid Partiyası şairin ölümü ilə bağlı başsağlığı verdi

umidparty.org xəbər verir ki, tanınmış şair, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri Fərqanə Mehdiyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Ümid Partiyasının sədri İqbal Ağazadə, partiyanın Rəyasət Heyəti Fərqanə xanımın vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, əqidə dostlarına və oxucularına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Şərh yaz