Ümid Partiyası Neftçilərin Peşə Bayramını təbrik etdi

Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük zəhmətlər hesabına gecəsini gündüzünə qataraq çalışan neftçilərin peşə bayramıdır.
20 sentyabr 1994-cü il tarixində bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktları imzalanması ilə əlaqədar olaraq, 20 sentyabr hər il Azərbaycanda “Neftçilər Günü” kimi qeyd edilir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Azərbaycan neftçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayır.
Şərh yaz