Ümid Partiyası Natiq Səfərovu yubileyi münasibəti ilə təbrik etdi

Bu gün Ümid Partiyasının Ali Məclisinin üzvü, Bərdə Rayon Şöbəsinin sədri Natiq Səfərovun 60 yaşı tamam olur. 

Səfərov Natiq Musa oğlu 1961-ci ildə Ağdam rayon Nəmirli kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun “Mexanika” fakültəsini bitirib. Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub. Azərbaycanın ərazi bütövlüyü, demokratikləşməsi, hüquqi cəmiyyətin qurulması üçün yorulmadan mübarizə aparıb, hər zaman haqqın yanında dayanıb. Proseslərə ədalətlətli yanaşması, hər zaman ziyalı mövqe sərgiləməsinə görə həm bölgədə, həm də ölkədə onu tanıyanların rəğbətini qazanıb. 

2003-cü ildən etibarən Ümid Partiyası sıralarında mübarizəsini davam etdirir. Ən böyük rayon təşkilatlarından birinə – Bərdə rayon şöbəsinə sədrlik edir. Ali Məclisin üzvüdür. Parlament seçkilərində Ümid Partiyasının deputatlığa namizədi olub. Partiya tədbirlərində, seçki proseslərində həmişə aktivliyi ilə seçilib. 

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Natiq bəyi yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, bütün işlərində və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz