Bu gün Ümid Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Namiq Əliyevin doğum günüdür.
Namiq Əliyev gənc yaşlarından Ümid Partiyasına qoşularaq hər zaman partiyanın ictimai-siyasi həyatında yaxından iştirak edib, bütün seçkilərdə öz aktivliyi ilə fərqlənib. Parlament seçkilərində bir neçə dəfə partiya tərəfindən namizədliyi irəli sürülüb.
44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Namiq bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.
Şərh yaz