Ümid Partiyası Moderator.az əməkdaşlarını təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə hər zaman işğal altında olan torpaqlarımızı, Qarabağ mövzusunu gündəmdə saxlayan Moderator.az İnformasiya Agentliyini fəaliyyətinin 8 illiyi münasibətilə təbrik edib:

Moderator.az İnformasiya Agentliyini təbrik edir, fəaliyyətində uğurlar arzulayır, hər zaman obyektivliyini qorumağı, vətəndaşlarımızın, saytı izləyənlərin verdiyi informasiyadan məmnun qalmalarını diləyirəm.

Hörmətli Moderator.az İnformasiya Agentliyinin rəhbərliyi və əməkdaşları!

Arzu edirəm ki, kim haqlıdırsa, hər zaman haqlının sözünü deyəsiniz, məmləkətimiz üçün çalışasınız.

Çox tezliklə xalqımıza, millətimizə Azərbaycanın ərazi bütövlüyünün  xəbərini, Azərbaycanın müqəddəs bayrağının Qarabağda dalğalandığı informasiyasını siz verəsiniz.

Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlının sevimli saytı olasınız, insanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etməyəsiniz, hər bir həmvətənimiz sizin saytda özünü tapa bilsin.

Bir daha təbrik edirəm, uzunömürlü olasınız!

Uğurlar!

Şərh yaz