Ümid Partiyası Milli Dirçəliş Günü münasibəti ilə xalqı təbrik etdi

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib.

17 Noyabr xalqımız üçün olduqca əlamətdar bir gündür. 70 il əsarətdə yaşayan, repressiya və qadağalar məngənəsində sıxılan bir xalqın milyonlarla övladı Sovet imperiyasına etiraz olaraq 32 il öncə, məhz bu gün Azadlıq meydanına toplaşdı və Milli tariximizin şanlı səhifələrindən bir olan Milli Dirçəliş Gününü tarixə yazdı. Həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortaya qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi sonluğu olaraq Sovet İmperiyası süqut etdi və Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu.

Bu gün münasibəti ilə xalqımızı ürəkdən təbrik edir, milli birliyimizin, bütövlüyümüzün və müstəqilliyimizin daimi olması diləyi ilə hər kəsə uğurlar arzulayırıq.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz