Ümid Partiyası gənc fəalını təbrik etdi

Bu gün Ümid Partiyasının gənc fəalı Ələddin Talıbovun doğum günüdür.
Ələddin Talıbov milli-mənəvi dəyərlərə, dövlət və dövlətçiliyə bağlı gənclərdən biridir. Ölkənin ictimai-siyasi həyatında hər zaman fəal iştirakı ilə seçilib, partiyanın keçirdiyi tədbirlərdə, seçki prosesində öz aktivliyi ilə nümunə olub. Nümunəvi davranışları ilə onu tanıyanların və Ümid ailəsinin hörmətini qazanıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Partiyanın Rəyasət Heyəti Ələddin bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar diləyir.

Şərh yaz