Ümid Partiyası Füzuli Əsgərovu təbrik etdi

Bu gün Ümid Partiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Füzuli Əsgərovun doğum günüdür.

Füzuli Əsgərov peşəkar hərbçidir. Hərbi təhsilini Türkiyə Cümhuriyyətində alıb. Uzun illər  zabit rütbəsində Naxçıvan Muxtar Respublikasında ordumuzun tərkibində önəmli postlarda və hərbi vəzifələrdə vətənə xidmət edib. Hazırda Orta məktəbdə müəllim işləyir.

Çox sayda vətənpərvər gənclərin yetişməsində müstəsna xidmətləri olub.

Özünün insani keyfiyyətləri, hər zaman ədalət prinsipinə üstün qiymət verməsi, hüququn aliliyinə hörməti, vətənpərvərliyi, dövlətə, dövlətçiliyə olan münasibəti, bir sözlə, əsl hərbçi xarakterinə malik olduğuna görə Ümid ailəsinin də sevimlisinə çevrilib. 

Ümid Partiyasının sədri İqbal Ağazadə başda olmaqla bütün Ümid ailəsi adından Füzuli bəyi təbrik edir, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar diləyirik.

Şərh yaz