Ümid Partiyası Bələdiyyə seçkilərində iştirak etməyə qərar verdi

14

26 oktyabr 2019-cu ildə Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirildi.
Azərbaycan dövlət himni oxunduqdan və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra sessiya öz işinə başladı.

 

 

Ali Məclisin sədri Rafail Tağızadə gündəlikdə olan məsələni Məclis üzvlərinin diqqətinə çatdırdı. Çıxış üçün söz partiyanın sədri İqbal Ağazadəyə verildi. Sədr ölkədə və regionlardakı ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr, seçkilərdə iştirakla bağlı geniş məruzə ilə çıxış etdi.

23 dekabr 2019-cu il Bələdiyyə seçkilərindən danışan İqbal Ağazadə seçkilərdə iştirakın vacibliyini bildirdi: “Biz 2004-cü ilin Bələdiyyə və son növbədənkənar Prezident seçkiləri xaric, digər bütün seçkilərdə iştirak etmişik. Biz seçkidə ona görə iştirak edirik ki, vətəndaşlarda seçki mədəniyyətini və seçki vərdişlərini formalaşdıraq. Partiya qərar verəcəksə, hər kəsin bu qərarın icrası üçün çalışması vacibdir”.

Ali Məclis 23 dekabr 2019-cu ildə keçiriləcək Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində Ümid Partiyasının iştirak etməsi ilə bağlı qərar qəbul etdi.

Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri, səlahiyyətli şəxs olaraq Ümid Partiyası adından çıxış etmək, lazımi sənədləri imzalamaq hüququ haqqında müvafiq qərarlar qəbul edildi.

Bununla da Ali Məclis öz işini bitirdi.

 

 

Şərh yaz
PAYLAŞ