Bu gün tanınmış aktyorumuz, Azərbaycan Respublikasının Əməkdar Artisti, dosent Azad Şükürovun doğum günüdür.
Azad Şükürov 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində anadan olub.
Azad Şükürovun yaradıcılığının mühüm bir dövrü teatrla bağlıdır. O, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı, Tədris Teatrı və Bakı Bələdiyyə Teatrında çalışıb.
Kino yaradıcılığı da zəngin olan Azad Şükürov bədii qiraət ustası kimi gözəl ədəbi nümunələr yaratmaqla bərabər, 100-dən çox filmi Azərbaycan dilində səsləndirib. Onun radio teatrında əvəzsiz iştirakı lentlərin yaddaşında qorunub saxlanılır.
Azad Şükürov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müdiridir.
Xeyli sayda dərs vəsaitlərinin müəllifidir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti sevimli aktyor, pedaqoq, dəyərli insan Azad Şükürovu ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, yaradıcılıq fəaliyyətində və şəxsi həyatında uğurlar diləyir.