Ümid Partiyası 700-dən çox ailəyə bayram payı verdi

Bu gün Ümid Partiyası ənənəsinə sadiq qalaraq, Qurban bayramı münasibətilə yeddi yüzdən çox ailəyə bayram payı verib. Partiya üzvlərinin və təəssübkeşlərin iştirakı ilə ailələrə qurban payı verilib, bayramları təbrik edilib, şəhidlərimizin ruhuna dualar oxunub.

Qurban payı verilənlər içində Qarabağ qaziləri, şəhid ailələri və imkansız ailələr çoxluq təşkil edib.

Ümid Partiyası üzvləri və partiya sədri İqbal Ağazadə Azərbaycan xalqını bir daha Qurban Bayramı münasibəti ilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayır.

Qurban Bayramınız mübarək olsun!

Şərh yaz