Ümid Partiyası “525-ci qəzet”i təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə “525-ci qəzet”in 28 illi yubileyi münasibəti
ilə baş redaktor Rəşad Məcidi və qəzetin kollektivini təbrik edib:

“Hörmətli Rəşad Məcid!
Azərbaycanın müasir mətbuat tarixində, eyni zamanda ictimai-mədəni həyatında
xüsusi yerə və nüfuza malik olan “525-ci qəzet”in 28 illik yubileyi münasibətilə
Sizi və rəhbərlik etdiyiniz kollektivi ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, kim haqlıdırsa, hər zaman haqlının sözünü deyəsiniz,
məmləkətimiz üçün çalışasınız. Çox tezliklə xalqımıza, millətimizə Azərbaycanın
tam ərazi bütövlüyünün, Azərbaycanın müqəddəs bayrağının Qarabağın
hər yerində dalğalandığı xəbərlərini siz verəsiniz.
Bir daha təbrik edirəm, uzunömürlü olasınız!
Uğurlar!”

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz