Ümid Partiyası Əməkdar artisti təbrik etdi

Bu gün Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Teymur Məmmədovun doğum günüdür.

Teymur Məmmədov 1960-cı ildə Ağdamın Yusifcanlı kəndində dünyaya göz açıb. İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Dram-kino aktyorluğu” fakültəsində təhsil alıb.

İndiyə qədər Teymur Məmmədov onlarla film və tamaşalarda yer alıb, müxtəlif obrazlarda çıxış edib və böyük tamaşaçı kütləsi tərəfindən sevilərək izlənib.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Teymur bəyi təbrik edir, ona sənət sahəsində və şəxsi həyatında uğurlar arzulayır.

Şərh yaz