Ukraynada gedən müharibə qərblə Rusiyanın müharibəsidir – ƏNVƏR AĞAZADƏ

Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə 19 aprel 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.

Veriliş “ŞOK: Putin Buça qətliamını törədənləri mükafatlandırdı. Saakaşvilinin səhhəti pisləşib” mövzuları ətrafında baş tutub.

Ənvər Ağazadə Rusiya-Urayna müharibəsindən, Rusiyanın Ukraynaya iki aya yaxın davam edən təcavüz siyasətindən, şəhərlərdə törədilən qətliamlardan, dinc əhalinin öldürülməsindən danışıb. O, Buça və digər şəhərlərdə Rusiyanın törətdiyi qətliamlara diqqət çəkərək bildirib ki, Rusiya beynəlxalq hüquqa, qanunlara hörmətsiz yanaşır, həmçinin müharibə qanunlarına da əməl etmir, humanizm nümayiş ertdirmir.

O, Rusiyanın bu müharibədə uduzacağını vurğulayıb, Rusiyaya qarşı aparılan sanksiyalardan, Ukraynaya Qərbin verdiyi dəstəkdən, Rusiyanın böyük itkilərindən də danışıb. O, qeyd edib ki, bu müharibə təkcə Rusiya ilə Ukraynanın müharibəsi deyil, Qərblə Rusiyanın müharibəsidir.

Ənvər Ağazadə həmçinin Qarabağda baş verənlərdən, Rusiyanın və erməni silahlılarının təxribatlarından, Rusiyanın Qarabağla bağlı sülh müqaviləsinin imzalanmasında maraqlı olmamasından da danışıb.

Ümid rəsmisi eyni zamanda Konstitusiyaya Ümid Partiyasının təklif etdiyi dəyişikliklərdən də danışıb və bu barədə detallı şəkildə məlumat verib.

O, Tərtər hadisələri, bu məsələdə həbs olunanlar və yeni gəlişmələrdən, istintaqla bağlı yayılan məlumatlardan da danışıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz