Torpaqlarımızı işğaldan azad edən qazilərimizi problemlərlə üz-üzə qoymaq hansı vicdana sığır? – TAMİLLA QULAMİ

Ümid Partiyasının sədr müavini Tamilla Qulami aparıcı-jurnalist Əvəz Zeynallının təqdimatında XuralTv-nin canlı efirində gündəmi dəyərləndirib.

Tamilla Qulami Qarabağda savaşan veteranların qazilik statusunun rəsmiləşdirilməsi istiqamətində yaradılan süni əngəllərdən danışıb, Ümid Partiyasının hakimiyyət qarşısında tələblərini irəli sürüb, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyevin ölkə başçısı İlham Əliyevə ünvanladığı imzatoplama kampaniyasına –  “44 günlük savaş iştirakçılarının veteran statusu rəsmiləşdirilsin!” başlıqlı müraciətə diqqət çəkib. 

Partiya sədrinin müavini Tamilla Qulami verilişin gedişatında Azərbaycan-Ermənistan sərhədində baş verənlər, ölkədə məmurların qanunsuz əməlləri, icra başçılarının özbaşınalıqları, pandemiyanın vurduğu ziyan, vətəndaşın əziyyət çəkdiyi xəstəliklər və bütün bunlara biganə yanaşan ölkə rəhbərliyi, təhsilsizlik, maarifsizlikdən danışıb, gündəmi müzakirə edib. 

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

 

Şərh yaz