Tamilla Qulami “Qadınların ictimai iştirakçılıqda iştirakının qiymətləndirilməsi” layihəsinə həsr edilmiş tədbirdə iştirak edib

5 iyul Qadınlar və İnnovasiyalar İctimai Birliyi USAİD Azərbaycan Missiyası tərəfindən maliyyələşdirilən Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti Təşkilatlarının Gücləndirilməsi (ECSOFT) Fəaliyyəti layihəsinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadınların ictimai iştirakçılıqda iştirakının qiymətləndirilməsi” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən, qadın iştirakçılığı proqramı sahəsində çalışan QHT rəhbərləri və siyasi institut rəhbərliyində təmsil olunan xanımların iştirakı ilə foks qrup muzakirəsi keçirib.

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulaminin də iştirak etdiyi “ZOOM” proqramının vasitəsilə keçirilən tədbirdə ölkədə gender bərabərliyi, qadınların ictimai-siyasi həyatda iştirakçılığı, bu iştirakçılığa törədilən süni maneələr və s. məsələlər danışılıb, bu istiqamətdə problemlərin həlli yönündə təkliflər səsləndirilib.

Şərh yaz