Taleh Əliyev: “Postpandemiya dövründə seçki olmasa, ciddi kataklizmlər müşahidə olunacaq”

UMIDMEDIA “Sual-cavab” rubrikasında Ümid Partiyasının İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyevin müsahibəsini təqdim edir:

“Biz qonşu ölkələrdə baş verən hadisələri izləməklə yanaşı demokratiyanın Azərbaycan modelini, yolunu düşünməliyik. Belarusiya hadisələrinin Azərbaycan xalqı üçün stimul olacağını düşünsəm də ölkənin taleyinin xalqın əlində, xalqın iradəsindən asılı olduğuna əminəm. Biz öz taleyimizi özümüz yazmalıyıq”.

Bu sözləri Ümid Partiyasının İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev gündəmlə bağlı öz fikirlərini bölüşərkən deyib. Sədr müavini Belarusiyada on üç gündür ki, davam edən mitinqlərdən, Ümumdünya Səhiyyə Təşkilatının dünya dövlətlərini sərt karantin rejiminin yumşaldılmasına çağırışından və postpandemiya dövründə Azərbaycanı nələr gözlədiyindən danışıb.

“Son on ildə Bakıda onminlərlə insanın ayaqlanması yox idi. Amma Tovuz hadisələrindən sonra biz xalq ayaqlanması gördük. Çox təəssüf ki, mitinqin sonunda xoşagəlməz hadisələr oldu, yəni kimlərsə özünə xidmət edəcək addımlar atdılar, vətəndaşın Qarabağla bağlı dəstək mitinqinə kölgə salmaq istədilər. Digər tərəfdən isə artıq hakimiyyət xalqın qarşısına çıxıb cavab verməli, islahatlar aparmalı, layihələr ortaya qoymalıdır. Əks halda ölkədə postpandemiya dövründə heç bir seçki olmasa, ciddi kataklizmlərlə müşahidə olunacaq hadisələr baş verə bilər.”

Sözügedən videmüsahibəni təqdim edirik:

Şərh yaz