Taleh Əliyev: “Ramiz Mehdiyevin son çıxışında təhdid var idi”

Ümid Partiyasının İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev El Üçün TV-də canlı yayımda olub.

Aparat rəhbəri gündəmdə olan bir çox məsələlərə münasibət bildirib. Umidparty.org xəbər verir ki, partiyanın aparat rəhbəri iqtidar-müxalifət münasibətlərindən danışarkən ölkə prezidentinin son çıxışlarında müxalifətlə bağlı dediyi fikirlərə toxunub və bildirib ki, İlham Əliyevin müxalifətin ünvanına dediyi fikirlər heç də ürəkaçan deyil.

Daha sonra T. Əliyev prezidentin də tənqid etdiyi şirkət rəhbərlərinin ünvanına sərt fikirlər səsləndirib: “İstər AZAL, istər SOCAR, istərsə də dövlətə məxsus digər şirkətlər uzun illər dotasiya ilə maliyyələşib. Prezidentin sualı ritorik olsa da çox məntiqli idi ki, təyyarələri dövlət alır, aeroportları dövlət tikdirir, xidmət göstərən də dövlət şirkətidir, buna baxmayaraq yenə də dövlətdən dotasiya alınır. Bəs bunun qazancı hanı? Aydındır ki, bu şirkətlərin başında duranlar özlərinə xaricdə və burda özəl şirkətlər yaradırlar,  təəssüf ki, aidiyyatı qurumlar o şirkətlərdə yoxlama aparmır”.

Pandemiyadan danışan politoloq bildirib ki, dünya pandemiyadan çıxır, Azərbaycan hakimiyyəti isə pandemiyanı seriala çevirib.

Taleh Əliyevin verilən digər sullarını da izləməyiniz üçün sözügedən verilişi tam şəkildə təqdim edirik:

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz