Təəssüf ki, sistem dəyişmir və dəyişmədiyi üçün də fəsadlar artır – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə Press Klub TV-nin “Babat Debat” verilişində Kamran Həsənlinin qonağı olub. 

Son vaxtalar ölkədə baş verən olaylar, pandemiya, pandemiyanın törətdiyi fəsadlar, pandemiya ilə bağlı hakimiyyətin apardığı yalnış səhiyyə siyasəti, fəsadları aradan qaldırmaq üçün görüləsi işlər, habelə Qarabağda baş verən son hadisələr, ordudakı çatışmazlıqlar, şəhid, qazi, əsgər ailələrinin problemləri, məmurların onlara və problemlərinə qarşı biganəliyi ilə bağlı sualları cavablandırıb.

Xəstəliyə yoluxanlar xəstəliyin müalicəsi və fəsadları ilə üz-üzə qalırlar

Partiya sədri verilişdə pandemiya ilə bağlı yaranan problemlərdən, xüsusilə koronovirusun sürətlə yayılması və ölüm faktlarının artması ilə bağlı narahatlığını ifadə edib, onun həlli yollarından danışıb. 

İqbal Ağazadə qeyd edib ki, digər tərəfdən təcridolmalar da problemlər yaradır: “Təcridetmənin xüsusiyyətləri doğru seçilməyib və seçilmədiyinə görə də insanlar əziyyət çəkir. Bu müddətdə insanların iş yerlərinin olmaması, köhnə qaydada 190 manatın ödənilməsi və ya ödənilməməsi sualları gündəmdədir. 190 manat məbləğlə ailə saxlamaq və ya problemləri həll etmək mümkün deyil. Digər tərəfdən də bu xəstəliyə yoluxanlar xəstəliyin müalicəsi və fəsadları ilə üz-üzə qalırlar. Adamlar var ki, testi verməyə imkanı yoxdur, xəstəliyi gizli keçirirlər. Daşıyıcı olurlar və yayırlar. Çünki testlərin qiyməti fantastik dərəcədə bahadır. Adi vətəndaş üçün bunun pulunu ödəməsi mümkün deyil. Məsələn, Türkiyə təcrübəsində çox rahat bir şey var. İstənilən sağlamlığından şübhələnən adam gedib pulsuz test verə bilir. Pulsuz testlə yanaşı ona həkim ayrılır. Əvvəlcə müəyyən edilir ki, bu xəstəxana şəraitində müalicə almalıdır, yoxsa ev şəraitində. Ev şəraitində müalicə olunmağa imkan verirsə, onun bütün dərmanlarını, hətta vurulacaq iynələrini və köçürüləcək sistemləri verilir, ona xidmət göstərilməsi üçün tibb bacısı müəyyən olunur. Bəlli bir saatda ərazi nöqtələri üzrə təyin olunan tibb bacıları gedib onların iynəsini vurur, sistemini köçürür. Onlar hər biri dərmanı pulsuz alır. Tibb bacısının da vəsaitini dövlət ödəyir.”

Partiya sədri daha sonra əlavə edib ki, mən vaxtı ilə seçkilərdə də demişəm. Bu poliklinikalar nə üçün ayrılıb? Verin, ailə həkimlərinə, ailə həkimləri işləsin. Ailə həkimləri hər bir vətəndaşın sağlamlığı üçün onun xəstəliyinin tarixçəsini yazacaq, hər bir insan öz xəstəliyinin tarixçəsini biləcək, hansı dönəmdə hansı xəstəlikdən daha çox əziyyət çəkə bilər və yaxud da yoluxa bilər. Orqanizmin hansı hissəsi zəifdir, hansı hissəsi xəstəliyə meyillidir. Həkim də, vətəndaş da nəyin nə, necə olduğunu o tarixçədən biləcək. Bu həkimlər olmuş olsaydı, indi evlərdə də insanları rahat müalicə edə bilərdilər.

Dövlətin öz vətəndaşının problemini həll etmək ən ümdə vəzifəsidir.

Kamran Həsənlinin xəstəxanalarda vəziyyətin çox bərbad olması, həkim, dərman çatışmazlığı, və yaxud da bu 3 saatlıq sms-lər, küçələrdə olan postlar, avtomobillərin növbəyə dayanması ilə bağlı yaranan problemlər və s. niyə baş verir, niyə yenə də eyni səhvlər buraxılır sualına İqbal Ağazadə cavab verib ki, Azərbaycan iqtidarının idarəetmə sistemi yalnışdır. Bütün sferalarda problemlər var. Sən bir doğru sistem yaratmalısan. Bu gün müharibədən çıxmışıq. İddia edirlər ki, filan icra başçısı deyir ki, biz rayonda müharibədə iştirak etmiş və ya səfərbərliklə çağırılmış adam haqqında hələ məlumatımız yoxdur. Niyə? Sən nədən səfərbərlik haqda xidmətin yerli bölməsindən müharibədə nə qədər adamın iştirak edir və yaşam durumu necədir, işləyirdi, həmin yerdə maaşı saxlanıldımı, işləmirdi, gedibsə, ailə vəziyyətinin necə olması ilə bağlı məlumat almırsan? Bu siyahı icra strukturunun qarşısında niyə yoxdur ki, əlaqədar qurumlar qarşısında məsələ qaldırsın ki, bu ailələrə niyə təminat vermir. Niyə əsgər ordan video çəkib göndərməlidir ki, uşağımın evdə çörək almağa pulu yoxdur? Niyə səfərbərliklə orduya çağırılmış əsgərin evində təminatı olmamalıdır? Müharibədən əvvəlki dövrdə o işləyirdimi, işləmirdimi, ailəsi ac qalırdımı, qalmırdımı, bunu qoyduq kənara. Bu gün o, dövlətin sərəncamındadır, qulluğundadır. Bu gün o, dövlətin müəyyən etdiyi “Səfərbərlik Haqqında Qanuna” görə orduya çağırılıb. Dövlətin vətəndaşının problemini həll etmək ən ümdə vəzifəsidir. 

Partiya sədri verilişin gedişatında bildirib ki, dövlət hər bir əsgərin, onun ailəsinin problemlərini həll etməlidir. Xidmətdən qayıdar, işləyərmi, işləməzmi, az pul qazanarmı, qazanmazmı, ailəsini ac saxlayarmı, bu onun problemidir. Amma bu gün o, dövlətin problemidir. Dövlət onun problemini birmənalı, düşünmədən həll etməlidir. O cümlədən yaralıların, qazilərin, şəhid ailələrinin. Problemlərimiz çoxdur. Bunların da hamısı idarəetmə sistemi ilə bağlıdır. Bu, ayrı-ayrılıqda kimsə pisdir, kimsə yaxşıdır, hansısa müəssisənin qurumunun rəhbəri yaxşıdır,y a pisdirlə olan məsələ deyil. Sistem budur. Çox təəssüflər olsun ki, sistem dəyişilmir və dəyişilmədiyi üçün də fəsadlar artır.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

 

 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009