Ümid Partiyasının sədri İqbal Ağazadə Rusiya – Azərbaycan sərhəddində qalan soydaşlarımızın ölkəyə gətirilməsi üçün dövlət orqanlarına müraciət edib. Həmin müraciəti umidparty.org oxuyuculara təqdim edir:
“Dünən gecə Rusiya-Azərbaycan sərhəddində baş verən hadisələr olduqca üzücü və utancvericidir.
Aylardır xeyli sayda həmvətənimiz evinə, ailəsinə gələ bilmir. Ayrı-ayrı iş adamlarının, xeyirxah insanların köməyilə çadırda, məsciddə və ya açıq havada qalırlar.
Operativ Qərargahın ən ümdə vəzifəsindən biri də ölkə xaricində qalmış insanlarımızı vətənə qaytarmaqdır.
Səlahiyyətli dövlət qurumlarına səslənirəm:
Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın.
Dövlətə vətəndaşına verilən qiymətə görə hörmət edərlər.
Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu, faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdır.”
Şərh yaz