Rusiya savaşın sərhədlərini artırmaq istəyir ki, dünya onu masaya danışığa çağırsın – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 27 aprel 2022-ci ildə Pressklub Tv-də canlı efir qonağı olub.

Veriliş “Putinin xəstəliyi: Reallıq, yoxsa göstəriş?” sualı ətrafında baş tutub.
İqbal Ağazadə Rusiya prezidenti Putinin yayılan son görüntülərinə, onun xəstə olması barədə yayılan iddialara münasibət bildirib. Onun sözlərinə görə, Putin dəqiq anlayır ki, onu Hitlerin taleyindən fərqli heç nə gözləmir.

Ümid sədri Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın işğalçılıq siyasətindən, bu ölkəyə qarşı həyata keçirilən sanksiyalardan, Rusiyaya qarşı Qərbin və Amerikanın həyata keçirdiyi məğlubiyyət ssenarisindən danışıb. Onun sözlərinə görə, Rusiya dalana dirəndikcə, digər kiçik ölkələrə hücuma keçəcək ki, Azərbaycan da bu siyahıda olacaq.

İqbal Ağazadə müharibənin dünyaya və Cənubi Qafqaza, hətta Rusiyanın özünə yaradacağı problemlərə də diqqət çəkib. Eyni zamanda, qonşu ölkələri, həmçinin keçmiş sovet respublikalarını gözləyən təhlükələrdən danışıb.

Rusiyada şəhərlərin sürətlə boşalması, iqtisadi durumun ağırlığı, eyni zamanda, Rusiyanın parçalanma ehtimalları da verilişdə müzakirə mövzusu olub.

Ümid sədri Azərbaycanda mövcud olan çoxsaylı siyasi və iqtisadi problemlərdən də danışıb və partiyanın irəli sürdüyü təkliflərə də diqqət çəkib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz