Qorxurlar ki, xalqın gözü açılacaq, seçki vərdişi yaranacaq – TAMİLLA QULAMİ

Ümid Partiyasının sədr müavini Tamilla Qulami 15 mart 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.

Veriliş “Prezident Əliyev Ukrayna ilə bağlı tapşırıq verdi” mövzusu ətrafında baş tutub.

Tamilla Qulami Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın işğalçılıq siyasətindən, silahlı toqquşmanın nəticəsi ilə bağlı gözləntilərdən, dünyanın bu münaqişəyə münasibətindən, Ukraynaya verilən dəstəkdən danışıb.

O, 44 günlük savaşda Ukraynanın Azərbaycanın yanında olmasından, verdiyi dəstəkdən, bugünkü Rusiya təcavüzündə Azərbaycanın Ukraynanın yanında olmasının, ona dəstək verməsinin vacibliyindən də danışıb.

Həmçinin, hökümətin yanlış iqtisadi siyasəti, bundan yaranan və gözlənilən problemlər, ərzaq bahalaşması təhlükəsi, Rusiyada yaşayan azərbaycanlıların durumu, oradan geri – ölkəyə qayıdacaq vətəndaşların qarşılaşacağı çətinliklər də verilişdə müzakirə mövzusu olub.

Üçüncü Dünya Müharibəsi barədə ehtimallar, nüvə silahından istifadənin nə dərəcədə real olması kimi fikirlər, dünya ölkələrinin Rusiya ilə ehtiyatlı davranışı və bunun səbəbləri də müzakirəyə çıxarılıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009