Qazisinə, Şəhid ailəsinə sahib çıxa bilməyən bir ölkədə ciddi sistem islahatları getməlidir – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 12 iyul 2022-ci il Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Tovuz döyüşlərindən 2 il ötür, qazi intihar edir. Nə olub?!” sualı ətrafında baş tutub.

İqbal Ağazadə Sabirabadda intihar edən qazi və bugünədək intihar edən qazilərlə bağlı hakimiyyətə qarşı sərt fikirlər səsləndirib. O deyib ki, iki ilə yaxındır ki, 44 günlük savaş bitib, nədən bu qazilər, şəhid ailələrinin sualları cavabsız qalır, nədən bu insanları dinləmirsiniz?! Partiya sədri qazilərin, şəhid ailələrinin sosial durumlarının yaxşılaşması, psixoloji vəziyyətlərinin reabilitasiyası ilə bağlı aidiyyatı qurumların laqeydliyindən danışıb. 

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz