Qarabağın sahibi olduğumuzu təsdiq etmədikcə düşmən yeni arzulara düşəcək – Rəfail Tağızadə

Son günlər erməni mənbələri Xankəndinə 42 mindən çox erməninin qayıtdığını söyləyirlər. Belə olsaydı, Xankəndində şəhər qaynayardı. Qayıdanlar Ermənistanda qışda yataqxanada qalmağın mümkünsüzlüyündən və veriləcək yardıma görə geri dönənlərdir. 

Başqa ərazilərdən çıxarılan ermənilərin məhz Xocalıya yerləşdirilməsi barədə məlumatlar da dolaşmaqdadır. Bu, yolverilməzdir. Xocalı bizim üçün mənəvi önəm daşıyır. Bunun qarşısı Azərbaycan dövləti tərəfindən dərhal alınmalıdır. 

Biz Qarabağın sahibi olduğumuzu təsdiq etmədikcə, ermənilər yeni arzulara düşəcəklər. İddiaları böyüyəcək. Hər şey vaxtında və operativ şəkildə həll edilməlidir.

Ermənilərin son vaxtlar bizim verilişləri izləməsi öz təsdiqini tapdı. İqbal Ağazadənin verlişlərin birində ermənilərə: “Evlərinizi baha qiymətə çatıb, indidən Qarabağdan çıxıb gedin, Azərbaycanın o evləri almağa pulu var, onsuz da siz orda yaşaya bilməyəcəksiniz” çağırışı özünü çox gözlətmədi. Xankəndindəki ermənilərin evlərinin satması elanı artıq saytlarda yerləşdirilməyə başladı. 

Bu onlar üçün ən yaxşı yoldur.

Azərbaycanlıların Qarabağa qayıtmasıyla Xankəndinin, eləcə də ona bitişik ərazilərdə sürətlə gedən inkişafı görən ermənilər köçüb getmək məcburiyyətində qalacaqlar. Və ermənilərdən təmizlənmə sürətlənəcək.

Sülhməramlıların nəzarət etdikləri ərazilərə azərbaycanlıların yerləşdirilməsi, oranın Azərbaycan ərazisi olmasının təsdiqidir. Ordumuzun Qələbəsindən sonra məskunlaşma prosesi, artıq diplomatiyanın işidir. Azərbaycan rəhbərliyi bu sahədə öz işini sistemli olaraq qurmalıdır. 

Qarabağın bütün ərazilərində Azərbaycan Bayrağı dalğalanmalı, müvafiq dövlət qurumlarının fəaliyyəti bərpa olunmalıdır.

İşğaldan azad olunmuş Qarabağın dağıdılmış bütün kənd və şəhərlərinin xüsusi elementləri saxlanılmaqla hər bir sahədə plana uyğun formada köhnəylə müasirliyin sinteziylə başlanan yenidənqurma işləri, torpağın öz sahibinin yurduna, mülkünə, Vətəninə sevgisinin göstəricisi olacaq. 

Bizim dönüşümüzlə Vətən də Vətən olacaq, yurd da yurd olacaq. Nəfəsimiz o torpaqlara yeni nəfəs, yeni ruh gətirəcək, varlığımız bütövləşəcək, özümüzə qayıdacağıq.

Qarabağ yenidən Azərbaycanın mədəniyyət və turizm mərkəzinə çevriləcək.

                                                                                                                                                          Rəfail Tağızadə

                                                                                                                                                Ümid Partiyası Ali Məclisinin sədri

Şərh yaz