Qarabağ erməniləri bizim qanunlarla yaşamağa məcburdur- İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 14 aprel 2022-ci ildə Vətən Tv İnternet kanalı üçün müsahibə verib.

Müsahibə “Qarabağ erməniləri bizim qanunlarla yaşamağa məcburdur” mövzusu ətrafında olub. 

İqbal Ağazadə bildirib ki, 44 günlük savaşda bütün gücüylə Ermənistana dəstək verən qərb bu gün bütün gücü ilə Ukraynanın yanındadır. Buna səbəb kimi isə Azərbaycan iqtidarının daxildə insan haqlarını pozması, müstəqil olmayan məhkəmələr, saxta yolla seçkilərin keçirilməsi siyasətini yürütməsini irəli sürüblər: “Ona görə də bu kimi hallarla qarşılaşmamaq üçün Azərbaycan iqtidarı düşünməli, işğaldan azad etdiyimiz və nəzarətimizdə olmayan torpaqlarımızla bağlı ikili standartlarla yanaşmaması üçün qərbin əlinə heç bir bəhanə və ya fürsətlər verməməlidir”.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz